Qarabağ

Sülhməramlıların yeni komandanı BAKIYA GƏLİR

Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin yeni komandanı Aleksandr Lentsov çərşənbə günü Bakıya gələcək.

Bu barədə Ermənistan mətbuatı separatçılara istinadən məlumat yayıb.

Bildirilib ki, yeni komandan Bakıda Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüş keçirəcək.

Erməni mediası iddia edir ki, general-polkovnik Lentsov Azərbaycanda görüşlər zamanı Ermənistanla sərhəddə qurulmuş nəzarət-buraxılış məntəqəsi ilə bağlı müzakirə aparacaq.

Qeyd edək ki, ötən həftə Ermənistanın müdafiə naziri Suren Papikyan Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı Aleksandr Lentsovla görüşüb. Nazir general-polkovniklə regiondakı əməliyyat vəziyyəti və problemləri müzakirə edib. Görüşdə sülhməramlıların rolunun səmərəliliyinin artırılmasından da danışılıb. Papikyan üçtərəfli bəyanatların yerinə yetirilməsi və Laçın dəhlizinin vacibliyini vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)