Rəsmi

Rəşad Nəbiyev “Bakı Metropoliteni”nin Müşahidə Şurasının sədri təyin olundu

Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 30 mart 2021-ci il tarixli sərəncamında dəyişiklik edib.

ENA.az xəbər verir ki, Prezident bununla bağlı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, Şuraya sədrlik edən iqtisadiyyat nazirinin müavini Elnur Əliyev rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə əvəz edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department