BİZNES

“BP-Azerbaijan”ın vitse-prezidentlərinin kurasiyası dəyişdi

“BP-Azerbaijan” şirkətinin 3 vitse-prezidentinin vəzifə səlahiyyətləri yenidən bölüşdürülüb.

Onların Rusiya üzrə kuratorluğu ləğv edilib.

Belə ki, dəyişiklikdən sonra Elnarə Məmmədova Azərbaycan, Gürcüstan, Türkiyə regionunda insanlar və korporativ mədəniyyət üzrə vitse-prezident, Roşni Musai Azərbaycan, Gürcüstan, Türkiyə regionunda geologiya və işlənmə üzrə vitse-prezident və Kahal Kelli Azərbaycan, Gürcüstan, Türkiyə, Misir və Oman regionlarında layihələr üzrə vitse-prezident kimi təsdiqlənib.

Hazırda şirkətin 12 vitse-prezidenti var və onlardan 5-i milliyyətcə azərbaycanlıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)