Gündəm

Azərbaycanda ən çox maaş alan şəxslər açıqlandı – SİYAHI

2023-cü ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11.2 faiz artaraq 854.5 manat
təşkil etmişdir.

ENA.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Əməkhaqqı neft-qaz sektorunda 3110.1 manat, qeyri neft-qaz sektorunda 810.9 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 811.3 manat, özəl
müəssisələrdə isə 903.1 manat olub.

Mədənçıxarma sənayesində (2 978 manat), maliyyə və sığorta fəaliyyəti (2 028 manat), peşə, elmi və texniki fəaliyyət (1 385 manat), eləcə də informasiya və rabitə sahələrində (1 398 manat) orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

 

Annotation 2023 04 17 142223

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)