Avtomobil

“TOGG” sabah İlham Əliyevə təqdim ediləcək

Türkiyənin yerli və milli avtomobili “TOGG” sabah Prezident İlham Əliyevə təqdim ediləcək.

ENA.az xəbər verir ki, “TOGG”u alan ikinci şəxs Azərbaycan Prezidenti olacaq. Avtomobil İlham Əliyevə sabah Bakıda keçiriləcək mərasimlə təqdim ediləcək.

Avtomobilin açarlarını Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank ölkə başçısına verəcək.

Qeyd edək ki, “TOGG” u ilk alan şəxs Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)