BİZNES

“Qəbələ Konserv Zavodu”na yeni rəhbər təyin edildi

“Pepsi Bottlers Azerbaijan”nın (Mars Overseas Baku LTD) Qəbələ şəhərində yerləşən “Qəbələ Konserv Zavodu”unun yeni rəhbəri təyin edilib.

ENA.az xəbər verir ki, Özgür Demirkıran “Qəbələ Konserv Zavodu” MMC-nin direktoru təyin edilib. O, 2023-cü ildən etibarən bu zavoda rəhbərlik edəcək.

Bu vəzifədə Elşad Paşayev Nazim oğlunu əvəz edib.

Özgür Demirkıran buna qədər Türkiyədə “PepsiCo”da və “SEYRAN GIDA SANAYİ ve TİCARET A.Ş.” kimi qida sənayesi üzrə ixtisaslaşan şirkətlərdə zavod meneceri kimi çalışıb.

Digər mühüm dəyişiklik isə zavodun nizamnamə kapitalı ilə bağldır. Sahibi zavoda daha 64 146 250 manat (qısa: 64.15 mln. manat) yatırım edib ki, bu da nnizamnamə kapitalın 9 dəfə böyüdülməsidir.

Bununla da zavodun nizamnamə kapitalının 8 120 806.5 manatdan 72 267 056.5 manata qaldırılıb.

“Qəbələ Konserv Zavodu” MMC “Mars Overseas Baku LTD” MMC-nindir.  Şirkət ötən ilə qədər “ Gilan Qəbələ Konserv Zavodu” MMC kimi dövlət qeydiyyatına alınıb. Son illərdə bir çox şirkət “Gilan” brendindən ayrılıb və ya adından bu brendi götürüb. Eyni dəyişiklik “Gilan Lənkəran Konserv Zavodu” MMC-də baş verib və şirkət “Lənkəran Konserv Zavodu kimi yeni adla fəaliyətini davam etdirib.

“Mars Overseas Baku LTD” MMC “Qəbələ Konserv Zavodu” ilə bərabər “Lənkəran Konserv Zavodu” və “Quba Konserv Zavodu”ları var.

Burada “PEPSİ”, “MIRINDA”, “MOUNTAIN DEW”, “7UP”, “JALƏ”, “Zolotoy Sad” və “NATURA”, “MIA”, “I’M TEA” əsas brendlər sayılır.

Qəbələ Konserv Zavodu – 13 hektar ərazidə yerləşən Padovan (İtaliya) və Tetra Pak (İsveç) kimi Avropa texnoloogiyaları ilə təchiz edilən zavodun illik meyvə emalı gücü 300 000 ton təşkil edir. Müəssisənin illik meyvə şirəsi və nektarı istehsalı gücü 210 000 tona bərabərdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)