Avtomobil

Bu yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

2 aprel saat 08:00-dan saat 22:00–dək Bakı şəhəri, Nərimanov rayonu, “Baksol” yolunda dəmir yolu xətti üzərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan vaxt kəsiyində alternativ yollardan istifadə etmələri xahiş olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)