BİZNES

Kapitalı 2 milyon manat olan xarici şirkət Azərbaycandan gedir

DHL Global Forwarding Azərbaycan ləğv olunduğunu elan edir.

ENA.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini 1100 Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 35c ünvanına bildirə bilərlər.

DHL dünyanın 220-dən çox ölkə və ərazisində fəaliyyət göstərir. DHL dünyanın aparıcı poçt və logistika şirkəti Deutsche Post DHL Group-un bir hissəsidir və DHL Express, DHL Parcel, DHL e-ticarət, DHL Global Forwarding, DHL Freight və DHL Supply Chain biznes bölmələrini əhatə edir.

DHL Global Forwarding – Industrial Projects şirkəti BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə idarə etdiyi aktivlər üçün Ümumi Ekspeditorluq Xidmətləri üzrə beş illik müqavilə imzalayıb.

Xatırladaq ki, DHL Global Forwarding Azərbaycan 2016-cı ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2 218 660 manatdır və qanuni təmsilçisi Zurab Sapanadzedir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)