Azərbaycanda maaşın daha yüksək olduğu işlər - SİYAHI
2023-cü ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11.8 faiz artaraq 856.2 manat təşkil
etmişdir.
ENA.az bu barədə DSK-ya istinadən xəbər verir.
Əməkhaqqı neft-qaz sektorunda 3135 manat, qeyri neft-qaz sektorunda 812.4 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 809.9 manat, özəl
müəssisələrdə isə 908.4 manat olub.
Mədənçıxarma sənayesində (3 004 manat), maliyyə və sığorta fəaliyyəti (2 039 manat), peşə, elmi və texniki fəaliyyət (1 366 manat), eləcə də informasiya və rabitə sahələrində (1 440 manat) orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.