Yaxın vaxtlarda Bakıya yeni təkliflər göndərəcəyik - Paşinyan
![](https://ena.az/uploads/news/2023-03/_ena_c4859b9a7af1a3f39b9fc199b_o.jpg)
“Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb”.
ENA.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.
O bildirib ki, müzakirələrin dördüncü mərhələsi başlayıb: “Biz yaxın gələcəkdə öz mövqeyimizi təqdim edəcəyik. Biz sülh perspektivinə sadiqik”.