Gündəm

Taxıl sazişi uzadıldı

Ukrayna taxılının Qara dəniz vasitəsilə dünya bazarına çıxarılmasını nəzərdə tutan sazişin müddəti daha 2 ay uzadılıb.

ENA.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

Onun sözlərinə görə, taxıl sazişinin uzadılması ilə bağlı razılaşma paketi təsdiqlənib. Nazir müavini əlavə edib ki, Rusiya taxıl müqaviləsi üzrə bütün öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün əzmlə çalışacaq.

A.Qruşko müqavilənin eyni şərtlərlə uzadıldığını da vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)