Sosial iqtisadiyyat

Suyun qiyməti artırılacaq? - RƏSMİ AÇIQLAMA

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət edilməyib və belə bir müraciət nəzərdə tutulmur.

ENA.az xəbər verir ki, bu barədə qurumun Mətbuat xidməti məlumat yayıb.

“Hazırda içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri Tarif (qiymət) Şurasının 30 yanvar 2021-ci il tarixli 5 nömrəli qərarı ilə tənzimlənir”, - açıqlamada vurğulanıb.

Qeyd edək ki, martın 10-u Ekologiya və Təbii Sərvətlər Nazirliyində ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyətlə bağlı tədbir keçirilib. Tədbirdə “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov bildirib ki, su qiymətlərinə yenidən baxıla bilər: “İçməli su maya dəyərindən ucuz qiymətə satılır. Bu da “Azərsu” ASC-nin rentabelli işləməsinə maneə törədir. Gələcəkdə su tariflərinin artırılması ilə bağlı Tarif Şurası qərar verə bilər. Lakin biz də bununla bağlı belə bir proqram hazırlayırıq ki, su qiymətlərinə yenidən baxılsın”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)