Axtar

Hikmət Usubov işdən çıxarıldı

Yasamal Rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki Hikmət Usubov vəzifəsindən azad edilib.

ENA.az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmri imzalayıb.

O, bundan əvvəl Nizami rayon 24-cü polis bölməsinin rəisi işləyib. Hikmət Usubov məlumatı təsdiqləyib.

Qeyd edək ki, Hikmət Usubov sabiq daxili işlər naziri, hazırda Təhlükəsizlik Şurasının katibi olan general-polkovnik Ramil Usubovun qardaşı oğludur.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33