Qarabağ

Qarabağda erməni təxribatının qarşısı alındı

Azərbaycanın Xankəndi şəhəri ətrafında silah səslərinin eşidildiyi bildirilir.

ENA.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. 

Sosial şəbəkələrin erməni seqmentində Azərbaycan Ordusunun antiterror əməliyyatına başlaması ilə bağlı müxtəlif iddialar səsləndirilir. 

“Caliber”in əldə etdiyi məlumata görə, Azərbaycan tərəfi Laçın yoluna alternativ olan Xələfəli torpaq yolundan yan keçərək Ermənistan ərazisindən Qarabağ bölgəsinə silah-sursatın daşınması barədə siqnallar alıb.

Növbəti analoji siqnal alan əməliyyatçılarımız yerində yoxlama aparmaq üçün yola çıxıblar. Azərbaycan hərbçiləri yoldan keçən erməni avtomobilini saxlamağa çalışıblar və həmin avtomobilin sərnişinləri atəş açıblar. 

Cavab atəşi nəticəsində düşmən zərərsizləşdirilib. 

Sosial şəbəkələrdə yayılan xəbərlərə əsasən, Azərbaycana qarşı təxribat törədən polkovnik-leytenant Armen Babayan, mayor David Danielyan və leytenant Ararat Qasparyan məhv edilib. Leytenant David Ovsepyan isə yaralanıb.

Qeyd edək ki, əməliyyatla bağlı rəsmi məlumat açıqlanmayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)