Gündəm

Putin nüvə sazişini ləğv edən qanunu imzaladı

Rusiya prezidenti Vladimir Putin ölkəsinin Strateji Silahların Azaldılması Müqaviləsində (START) iştirakını dayandıran qanunu imzalayıb.

ena.az xəbər verir ki, sənəd rəsmi dərc edildiyi gündən qüvvəyə minib.

Bildirilir ki, ölkənin START-da iştirakının bərpası barədə qərarı Rusiya prezidenti verə bilər.

Qeyd edək ki, fevralın 21-də Vladimir Putin Rusiyanın START müqaviləsində iştirakını dayandırdığını elan edib. Fevralın 22-də qərar Dövlət Duması və Federasiya Şurası tərəfindən təsdiqlənib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)