Alıcıların sayının azalması səbəbindən Rusiya neftini Qanaya göndərir
Rusiya nefti alıcıların sayının azalması səbəbindən Qanadakı rezervuarlara göndərilir.
ENA.az “Bloomberg”ə istinadən xəbər verir ki, Qara dənizdəki limandan təxminən 600 min barel Rusiya nefti daşıyan “Tezey” tankeri Qananın ərazi sularına gedib. Neft Temsk neft emalı zavodunda çənlərdə saxlanılır.
G7 və Avropa İttifaqının ölkənin enerji sənayesinə sanksiyalar tətbiq etməsindən sonra Rusiya neft gəlirlərini saxlamağa məcburdur. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, dekabrda Rusiyanın neft gəlirləri əvvəlki ayla müqayisədə demək olar, 20% azalıb.
Qana özü kiçik neft ixracatçısıdır və son altı ayda gündə orta hesabla 140 000 barel “qara qızıl” ixrac edib. Rusiyaya qarşı sanksiyalar tətbiq edildikdən sonra ölkə Çin və Hindistana xam neft ixrac edib.