Gündəm

Bu il 35 minədək müəllimin sertifikatlaşdırmaya cəlb olunması planlaşdırılır

Bu il təxminən 35 minədək müəllimin sertifikatlaşdırmaya cəlb olunmasını planlaşdırırıq.

ENA.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə deyib.

O bildirib ki, proses bütün regionları əhatə etməklə ibtidai sinif müəllimlərini əhatə edəcək. Həmçinin Azərbaycan dili və ədəbiyyat müəllimlərinin bir hissəsi sertifikatlaşdırmaya cəlb olunacaq: "Proses 2025-2026-cı ildə tam başa çatacaq. 2025-ci ildə sertifikatlaşdırmadan keçə bilməyən müəllimlərə 2026-cı ildə növbəti dəfə imtahan vermələri üçün şans yaradılacaq".

Nazir qeyd edib ki, ölkə üzrə sertifikatlaşdırmanın əhatəsi artdıqca orta aylıq əməkhaqqı məbləğində növbəti 4 il ərzində 15% artım gözlənilir: "Sertifikatlaşdırılmadan uğurla keçən müəllimlərin maaşı 1195, sertifikatlaşdırmada iştirak edənlərin maaşı 970, ümumiyyətlə sertifikasiyadan keçməyənlərin əməkhaqqı isə 760 manatdır".

Qeyd edək ki, 11 133 nəfər sertifikasiyaya cəlb olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)