Nazir: "Ermənistanla onlayn diplomatiyaya keçmişik"
"Ermənistana danışıqlar təklif olunan zaman onlar konstruktiv danışıqlardan əsassız şəkildə yayınır".
ENA.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Nazir vurğulayıb ki, Ermənistan sülh prosesi üzrə danışıqların mahiyyətinə ciddi zərbə vurur: "Biz demək olarsa, bu sahədə onlayn diplomatiyaya keçmişik. Şərtlər bir-birimizə ötürülür. Bunun nə qədər effektiv olacağını zaman göstərəcək".
C.Bayramovun sözlərinə görə, Azərbaycan kostruktiv tərəf olaraq bu istiqamətdən də imtina etmir: “Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində irəli sürdüyü hər üç iddiası da Ermənistanın istədiyi kimi nəticələnmədi”.
XİN başçısı əlavə edib ki, Azərbaycanın Ermənistana, Ermənistanın da Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində baxılan işi var: "Həmin işə baxılması kifayət qədər uzun və mürəkkəb prosesdir. Müvəqqəti icra tədbirləri kimi tərəflər bir-birinə müəyyən iddia ilə çıxış edirlər. Ermənistan tərəfindən Azərbaycana qarşı 3 tələb irəli sürülüb. Buna görə Azərbaycana qarşı qərarlar çıxarılmasını istəyirlər”.