BİZNES

“PASHA Holding”də təyinat olub

“PASHA Holding” MMC-nin Bakıda və Kiyevdə ofisləri olan geniş profilli IT və biznes həlləri şirkəti “Competo” MMC-də (Umico layihəsi) təyinat baş verib.

Məlumata görə, Aslan Məmmədov “Competo” MMC-nin baş maliyyə inzibatçısı təyin edilib. O, bu vəzifənin icrasına 2023-cü ilin fevralından başlayıb.

2019-cu ilin aprelindən 2021-ci ilin mayına qədər şirkətin baş mühasibi, 2021-ci ilin mayından 2023-cü ilin yanvarına qədər şirkətin maliyyə meneceri vəzifəsində çalışıb.

Şirkət 2018-ci ilin sentyabr ayında təsis edilib. Hazırda 48.06 mln. manat nizamnamə kapitalına sahibdir. Şirkətin baş direktoru İhar Bychak-dır. Baş ofisi Bakıda yerləşir. İdarəedici biznes-komanda pərakəndə satış və bank sahələri üzrə Belarus, Rusiya və Ukraynanın maliyyə və rəqəmsal məhsul bazarlarında böyük təcrübəyə malik əcnəbi mütəxəssislərdən təşkil olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)