Rəsmi

Şəki Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə - YENİ TƏYİNAT

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub. 

"BI" Azvision.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Xəzər Rayon Polis İdarəsinin vəzifədən çıxarılan rəisi Azər Muradov Şəki Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, bir müddət əvvəl Yasamal Rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev vəzifəsindən azad olunaraq Xəzər Rayon Polis İdarəsinin rəisi təyin edilib. Xəzər Rayon Polis İdarəsinin vəzifədən çıxarılan rəisi Azər Muradov isə sərəncama götürülmüşdü. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)