Zəlzələ Türkiyədə turizmi də vurdu
Zəlzələdən sonra rusiyalı turistlərin Türkiyəyə səyahət etmək üçün tur və təyyarə bileti tələbi dörddə bir azalarkən, fəlakətin ilk günlərində bəzi turistlərin istirahət mərkəzlərinə getməkdən vaz keçdiyi bildirilib.
Rusiya mətbuatı zəlzələ bölgəsində zəlzələ qurbanlarının otel və yerləşdirmə obyektlərinə yerləşdirilməsi və bir çox tarixi binanın dağıdılması səbəbindən turist tələbinin kəsildiyinə diqqət çəkib.
Travletata.ru rəsmiləri tələbdə 25% azalma olduğunu bildirib. Rusiyanın Ostrovok.ru saytının məlumatlarına görə, fərdi şəkildə səyahət edən turistlərin sayında azalma var. Xidmət rəsmiləri, 6-12 fevral tarixləri arasında Türkiyədə rezervasiya edən rus turistlərin sayının əvvəlki həftə ilə müqayisədə üçdə bir azaldığını, Rusiyada fəaliyyət göstərən digər tur xidmətlərinin də oxşar nisbətlərə sahib olduğunu bildirdi. Rusiya mətbuatına açıqlama verən turoperatorlar Türkiyəyə tələbatın qısa müddətdə yenidən artmağa başlayacağını bildirərkən, sektor nümayəndələri Avropa Birliyindən gələn turistlərin daha ehtiyatlı davranacağına, türk otellərinin buna görə də rus turistləri cəlb etmək üçün endirimlərə gedəcəyinə diqqət çəkirlər.