Gündəm

Türkiyəyə dəstək marafonunda 115 milyard lirədən çox ianə toplanıldı - YENİLƏNİB

Türkiyədə baş vermiş zəlzələdən zərər çəkən insanlara yardım üçün ölkənin səkkiz televiziya kanalının təşkil etdiyi ortaq canlı yayım başa çatıb.

ENA.az “TRT Haber”ə istinadla xəbər verir ki, kampaniya çərçivəsində 115 milyard 146 milyon 528 min lirə toplanıb.

Canlı yayım müddətində 9 milyon 10 min SMS göndərilib.

***

“Türkiyə, tək ürək” kampaniyası çərçivəsində 101 milyard lirədən çox ianə toplanıb.

ENA.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Kampaniyaya dünyanın hər yerindən iş adamları, mədəniyyət xadimləri, siyasətçilər, QHT rəsmiləri və sadə vətəndaşlar qatılıb.

Ən çox ianəni Türkiyə Mərkəzi Bankı (30 milyard lirə), "Ziraat Bank" (20 milyard lirə) və "VakıfBank" (12 milyard lirə) verib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)