Qarabağ

Almaniya polisi Azərbaycan-Ermənistan sərhədində xidmət aparacaq

Almaniyanın 15 polis əməkdaşı Azərbaycan və Ermənistan arasında atəşkəsin qorunması üzrə beynəlxalq missiyada iştirak edəcək.

ENA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Şteffen Hebestreit məlumat verib.

Onun sözlərinə görə, silahsız hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistan tərəfdə xidmət aparacaq.

Missiyanın gələn bazar ertəsi, fevralın 20-də başlayacağı bildirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)