PAŞA Bank”a yeni direktor təyin edilib

ABB-dən yenicə ayrılmış Zara İbrahimzadənin yeni iş yeri məlum olub.
Məlumata görə, Z.İbrahimzadə “PAŞA Bank” ASC-nin Marketinq departamentinin direktoru təyin edilib.
O, ABB-nin Marketinq departamentinə direktor kimi 2020-ci ilin dekabrında təyin edilmişdi və 2023-cü ilin yanvarından ayrıldığını elan edib.
ABŞ-ın Corc Mason Universitetinin məzunu olan Z.İbrahimzadə son 15 ildə Türkiyədə fəaliyyət göstərib.
Müxtəlif şirkətlərdə, o cümlədən “LUKOİL Türkiyə”, “Akkuyu Nükleer” və SOCAR Türkiyə şirkətlərində çalışıb. Bu şirkətlərdə ayrı-ayrı marketinq və PR layihələrinin həyata keçirilməsinə rəhbərlik edib.