Gündəm

“Kontakt Home”da təyinat olub

Azərbaycanda məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını  həyata keçirən “Kontakt Home” mağazalar şəbəkəsinin (hüquqi adı “ABC Telecom” MMC) yeni Marketinq direktoru məlum olub.

Məlumata görə, Nərminə İsmayılova “ABC Telecom” MMC-nin Marketinq departamentinin direktoru təyin edilib.

N.İsmayılova 2023-cü ilin fevralında adıçəkilən vəzifəsinin icrasına start verib.

O, 2021-ci ilin iyulunda ABB-dən “ABC Telecom”a təyinat almışdı. 1 il müddətinə marketinq meneceri kimi, 2022-ci ilin sentyabrından isə şöbə müdiri kimi çalışırdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)