Əsas məzmuna keç
Bakı +17°, tufanlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Putinlə bağlı deyilənlərin qəbuledilməzdir - Zaxarova

Putinlə bağlı deyilənlərin qəbuledilməzdir - Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Almaniya müdafiə nazirinin Rusiya prezidenti Vladimir Putin haqqında fikirlərinə münasibət bildirib.

ENA.az TASS-a istinadən xəbər verir ki, Zaxarova Putinlə bağlı deyilənlərin qəbuledilməz olduğunu söyləyib.

"Almaniyanın müdafiə naziri Boris Pistoriusun Rusiya prezidenti Vladimir Putin olmadan dünyanın yaxşı yer olacağı ilə bağlı bəyanatı qətiyyən qəbuledilməzdir", - deyə Zaxarova Berlinə cavabında bildirib.

Qeyd edək ki, B.Pistorius bir neçə gün öncə Ukraynada sülh perspektivlərini qiymətləndirərkən bunun Putinsiz daha yaxşı olacağını bəyan etmişdi.