Bank

“Yelo Bank”ın səhmdarları toplaşır

13 mart 2023-cü il tarixdə saat 11:00-da Bakı şəhəri, AZ1122, Həsən bəy Zərdabi küçəsi, 81k ünvanında yerləşən “Yelo Bank” ASC-nin baş ofisində səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Bu barədə “Yelo Bank” ASC-nin Müşahidə Şurasının elanına istinad edilir.

Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:

1. Cari və təşkilati məsələlər.

Yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqəsi və müvafiq səlahiyyət təsdiqedici sənədləri təqdim edilməlidir.

Gündəlikdə duran məsələlər üzrə materiallar elektron poçt vasitəsilə göndəriləcəkdir.

Xatırladaq ki, “Yelo Bank” 378  milyon manat nizamnamə kapitalına sahibdir. Onun əsas səhmdarı 98.91%-lə Marina Kulişovadır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)