Elm və Texnologiya

"Whatsapp"da yeniliklər olacaq

 Whatsapp-da yaxın zamanda istifadəyə veriləcək yeni funksiyaları əks etdirən screenshot fotolar təqdim edilib. Birinci screenshot fotoda görmək olar ki, Whatsapp-da sürətli zənglər etiketinin (shortcut) əlavə edilməsi funksiyası istifadəyə veriləcək. Bu və ya digər kontakta sürətli zəng etiketi smartfonun ana ekranına yerləşdiriləcək. Beləliklə istifadəçi messencerin özündə lazımi kontaktı axtarmadan etiket vasitəsilə onunla sürətli əlaqə yarada biləcək. İkinci screenshot foto isə mesajların çat daxilində yuxarı hissədə bərkidilməsi funksiyasını sərgiləyir.

    Çox güman ki, sözügedən funksiya Telegram-dakı analoq kimi reallaşdırılacaq. Screenshot fotoda bu imkan tam olaraq sərgilənməsə də, bildirişdə qeyd edilib ki, həmsöhbət şəxs müəyyən mesajı bərkidib və onu görmək üçün müvafiq Whatsapp versiyasına keçid etmək lazımdır. Qeyd etmək lazımdır ki, hələ keçən il messencer daxilində göndərilən faylların maksimal həcmi 2 GB-a yüksəldilmişdi. Tərtibatçılar isə bu imkanın mövcudluğunu messencerin növbəti yenilənmələrində istifadəçilərə xatırladacaqlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)