Bank

Azərbaycanda bağlanan 4 bankın əmlakı hərraca çıxarılır

Fevralın 9-da "Bakı Hərrac Mərkəzi"ndə ləğv prosesində olan “Texnikabank” və “Bank Standard”ın,  fevralın 16-da “Atabank”ın, fevralın 21-də isə “Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanı”da “Dəmirbank”ın daşınmaz və daşınar əmlaklarının satışı üzrə açıq hərrac keçiriləcək.

ENA.az xəbər verir ki, bu barədə bankın ADIF məlumat yayıb.

Bildirilir ki, söhbət “Texnikabank”a məxsus Gəncə şəhəri, Nizami rayonu, M.Abbas Abbaszadə küçəsi, 72 ünvanında yerləşən 179,5 kv.metrlik qeyri-yaşayış sahəsindən, “Bank Standard”a məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 56A ünvanında yerləşən 143,2 kv.metrlik qeyri-yaşayış sahəsindən, “Atabank”a məxsus Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən 2,14 hektar torpaq sahəsindən, “Dəmirbank”a məxsus “BMW 760 LI” nəqliyyat vasitəsindən gedir.

Əmlaklara müvafiq olaraq 390 min manat, 300 min manat, 150 min manat, 50 min manat manat qiymət qoyulub.

Xatırladaq ki, “Texnikabank”ın lisenziyası 2016-cı il fevralın 10-dan, “Bank Standard”ın lisenziyası 2016-cı il oktyabrın 1-dən, "Atabank"ın lisenziyası isə 2020-ci il aprelin 27-dən, “Dəmirbank”ın lisenziyası isə 2017-ci il dekabrın 23-dən ləğv edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)