Gündəm

Türkiyədə güclü zəlzələ olub - ÖLƏNLƏR VAR

Türkiyənin Qəhrəmanmaraş bölgəsində güclü zəlzələ baş verib.

ENA.az xəbər verir ki, 7.4 bal gücündə zəlzələ nəticəsində çoxlu sayda bina dağılıb.

Zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb. Zəlzələ Türkiyənin bir neçə vilayətində, o cümlədən İsrail, Suriya, İraq və Livanda hiss edilib.

Şanlıurfa bölgəsində 16 binanın çökdüyü, dağıntılar altında vətəndaşların qaldığı bildirilir. Bu şəhərdə zəlzələ nəticəsində azı 10 nəfərin öldüyü qeyd olunur.

Osmaniyə şəhərində isə 34 bina dağılıb, 5 nəfər həlak olub. Axtarış tədbirləri davam edir.

Adana valisi 11 mərtəbəli binanın uçması nəticəsində ölən və yaralananların olacağını bildirib. Çukurovada isə 3 bina tamamilə dağılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)