İkinci “Togg” elektromobili İlham Əliyevə veriləcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli istehsal olan ikinci “Togg” elektromobilinin Azərbaycan lideri İlham Əliyevə veriləcəyini açıqlayıb.
ENA.az xəbər verir ki, Ərdoğan bu barədə TRT-nin efirində danışıb.
Onun sözlərinə görə, ikinci elektromobili Prezident İlham Əliyev istəyib. Ərdoğan bildirib ki, Prezident İlham Əliyev “Togg” üçün dərhal növbəyə keçib: "Əliyev ikincini mənə verin dedi".
Qeyd edək ki, ki, “Togg” avtomobillərinin satışı bu ilin fevral ayında başlayacaq.