Rumıniya Prezidenti Azərbaycana GƏLİR

Rumıniya Prezidenti Klaus Yohannis 2-3 fevral tarixlərində Azərbaycana səfər edəcək.
ENA.az xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.
“Rumıniya Prezidenti Klaus Yohannis Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə 2-3 fevral 2023-cü il tarixlərində Azərbaycana rəsmi səfər edəcək”, - deyə mənbə bildirib.
Səfər çərçivəsində dövlət başçıları arasında aparılacaq danışıqlar zamanı energetika, nəqliyyat, ticarət, investisiya, rəqəmsallaşma, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi müzakirə olunacaq.