Yalandı - Kremlin açıqlaması
Kreml Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonun Rusiya Prezidenti Vladimir Putinin onu raket hücumu ilə hədələməsi barədə açıqlamasına münasibət bildirib.
“Kommersant” xəbər verir ki, bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov danışıb.
O, Boris Consonun sözügedən açıqlamasını yalan adlandırıb və heç bir təhdidin olmadığını bildirib.