Gündəm

Səfirliyə hücum edən şəxsin kimliyi bilindi

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin kimliyi məlum olub.

ENA.az xəbər verir ki, bu barədə məlumatı “Mouze” teleqram kanalı yayıb. 

Məlumata görə, həmin şəxs İran vətəndaşı Yasin Hüseynzadədir.

Eləcə də bax: Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumun görüntüləri yayıldı - VİDEO

Xatırladaq ki, yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum zamanı mühafizə xidmətinin rəisi Orxan Əsgərov qətlə yetirilib, daha iki nəfər yaralanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)