“SOCAR Petrolium”dan Azərbaycan Sənaye Korporasiyasına transfer
“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin departamentinə direktor vəzifəsini icra edən şəxs təyin edilib.
Məlumata görə, Mülayim Səfərov İstehsal və əməliyyatlar departamentinin direktor müavini təyin edilib.
Mülayim Səfərov 23 fevral 1962-ci ildə Biləsuvar rayonunda anadan olub. 1979-cu ildə orta təhsilini başa vurub. 1980-1986-cı illərdə D.İ.Mendeleyev adına Moskva Kimya Texnologiyaları İnstitutunun Polimerlərin Kimyəvi Texnologiyası fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1986-cı ildə Suraxanı Mayesiz Transfarmatorlar Zavodunda başlayıb. 1994-cü ildən etibarən Azərbaycan Respublikası Dövlət Neft Şirkətində Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində çalışıb.
2008-ci ildən “Socar Petrolium” QSC-də Baş direktorun Əməliyyat Məsələləri üzrə müavini olaraq fəaliyyət göstərib.
Qeyd edək ki, hazırda ASK-ın 23 departamenti vardır: