Prezident: "Dəniz limanımızın yükaşırma qabiliyyəti 25 milyon tona çatdırılacaq"
![](https://ena.az/uploads/news/2023-01/_ena_ebc7f21c0ad815bdf1abbf733_o.jpg)
Dəniz limanımızın 15 milyon ton olan yükaşırma qabiliyyəti 25 milyon tona qədər genişləndiriləcək və bunun üçün büdcə ayrılıb.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında deyib.
Dövlətimizin başçısı, həmçinin bildirib: “Yük artımının müəyyən səbəbləri var ki, onlardan biri ənənəvi marşrutlar boyu gözlənilən çətinliklərdir”.