Sığorta

“Atəşgah Sığorta”nın sədri istefa verib

“Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədri Əliyev Azər Allahverdi oğlu
vəzifəsindən ayrılıb.

ENA.az bu barədə Banker.az-a istinadən məlumat verir..

O, 2008-2015-ci illərdə “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədrinin müşaviri və İdarə heyətinin sədri vəzifələrini icra etmişdir.

Daha sonra “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin Sədri və AR Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəisinin köməkçisi qismində fəaliyyət göstərən Azər Əliyev 2017-ci ildən yenidən “Atəşgah” SŞ-nin İdarə heyətinin sədri vəzifəsinə qayıtmış, 2019-cu ildən etibarən Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri, daha sonra isə Müşahidə Şurasının sədri vəzifələrində çalışmışdır.

Eyni zamanda bu dövr ərzində İcbari Sığorta Bürosunun Himayəçilər Şurasında sədr və sədr müavini vəzifələrində də çalışmışdır.

Onun yerinə hər hansısa təyinat olmayıb.

Xatırladaq ki, “Atəşgah Sığorta” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 008 500 manatdır. Şirkətin səhmlərinin 63%-i “ISR Holding” MMC-yə, 27%-i “Ran-Exim” MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)