TURİZM

“Forbes”: Bakı 2023-cü ildə ən yaxşı səyahət yerlərindən biridir

“Forbes” jurnalı yazır ki, Bakı 2023-cü ildə planetdə ən yaxşı səyahət yerlərindən biridir.

Nəşrin səhifələrində 2023-cü ilin ən yaxşı turizm istiqamətlərinin siyahısı dərc olunub. Azərbaycanımn paytaxtı həmin siyahıda yer alıb.

«Qafqaz dağlarının Dubayı adlandırılan Bakı kontrastlar şəhəridir», – müəllif Anya Kartaşova yazır.

O, meqapolisin memarlıq xüsusiyyətlərinə diqqət çəkir, həmçinin Bakıda «Formula 1» yarışlarının keçirildiyini qeyd edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)