BİZNES

Azərbaycanda 2 şirkət “LİBRAFF”a birləşir

“AZBOOKGROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “AZHOBCO” Məhdud Məsuliyyətli Cəmiyyətinin  fəaliyyətinə xitam verilir.

Məlumata görə, şirkətlər LİBRAFF” Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşulur.

“LİBRAFF” Məhdud Məsuliyyətli Cəmiyyəti “AZBOOKGROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “AZHOBCO” Məhud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.

Xatırladaq ki, 2017-ci ildə yaradılan “LIBRAFF” Azərbaycanda ən böyük modern kitab mağazaları şəbəkəsidir. “LIBRAFF” kitab mağazaları şəbəkəsinin Bakıda 5, Sumqayıtda 1, Gəncədə isə 1 filialı fəaliyyət göstərir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)