MALİYYƏ

Azərbaycanda ÜDM-in illik artımı orta hesabla 2.8% təşkil edəcək

Dünya Bankı (DB) 2023-cü ildə Azərbaycanda ÜDM-nin artımını 2.8% səviyyəsində proqnozlaşdırır.

DB-nin yanvar ayının “Global Economic Prospects” hesabatına əsasən, bankın qiymətləndirmələrinə görə, 2024-cü ildə Azərbaycanda ÜDM-nin artımı 2.6% təşkil edəcək.

Beləliklə, 2023-2024-cü illərdə Azərbaycanda ÜDM-nin orta illik artım tempi 2.7% səviyyəsində proqnozlaşdırılır.

DB 2022-ci ildə Azərbaycanda ÜDM-in artımnı 4.2% səviyyəsində qiymətləndirir.

“2023-cü ildə Cənubi Qafqaz ölkələrinin ÜDM-in artımı 3.3%, 2022-ci ildə 6.5% artımdan sonra 2024-cü ildə – 3.5% təşkil edəcək. 2023-cü ildə region üzrə artım templərinin azalması 2021-2022-ci illərdə Ermənistanla Azərbaycan arasında sərhəddə mövcud gərginlik və Rusiyaya tədarükün azalması ilə əlaqədardır”, – DB qeyd edir.

Bankda 2023-2024-cü illərdə Ermənistanda ÜDM-in artımını müvafiq olaraq 4.1% və 4.8%, Gürcüstanda – 4% və 5% səviyyəsində proqnozlaşdırırlar.

Azərbaycan hökuməti 2022-ci ildə ÜDM-nin artımını 3.5%, 2023-cü ildə – 2.7%, 2024-cü ildə – 4.1% səviyyəsində proqnozlaşdırır.

2021-ci ildə Azərbaycanda ÜDM-in artımı 5.6% təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)