ABŞ İrandan gələn təhdidləri aradan qaldırmaq üçün İsraillə işləmək istəyir
ABŞ administrasiyası İrandan gələn təhdidləri aradan qaldırmaq üçün İsrailin yeni hökuməti ilə işləməyə hazırlaşır.
Bu barədə ABŞ prezidenti Co Baydenin bəyanatında deyilir.
“Mən onilliklər ərzində dostum olan İsrailin baş naziri Benyamin Netanyahu ilə İsrail və Yaxın Şərqin üzləşdiyi bir çox çağırışlara, o cümlədən İrandan gələn təhlükəyə birgə cavab vermək üçün işləməyi səbirsizliklə gözləyirəm” – deyə Bayden qeyd edib.