MALİYYƏ

“Azərpoçt” 5 milyon manatdan çox zərər edib

“Azərpoçt” MMC 2021-ci ili 5 milyon 439 min manat xalis zərərlə başa vurub. 2020-ci ildə isə “Azərpoçt” 7 milyon 747 min manat zərər etmişdir ki, bu da illik müqayisədə 30% azalma deməkdir.

ENA.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Azərpoçt”un  poçt xidmətlərindən gəlirləri 2% azalaraq 18 milyon 27 min manat, maliyyə xidmətlərindən gəlirləri 13% azalaraq 12 milyon 136 min manat, digər xidmətlərdən gəlirləri isə 15% azalaraq 10 milyon 188 min manat təşkil edib.

2021-ci ildə şirkətin əməliyyat xərcləri 23 milyon 505 min manat, ümumi və inzibati xərcləri 20 milyon 383 min manat, köhnələmə və amortizasiya xərcləri 5 milyon 90 min manat olub.

“Azərpoçt”un aktivləri 3 dəfə artaraq 434 milyon 376 min manat, öhdəlikləri 3,7 dəfə artaraq 387 milyon 733 min manat, cəmi kapitalı isə 9.4% azalaraq 46 milyon 644 min manat olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)