Bakıda təxminən 1 milyon manat sərmayə ilə istehsal-istehlak kooperativi yaradıldı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Fermer Agro” Kənd Təsərrüfatı İstehsal-İstehlak Kooperativini dövlət qeydiyyatına alıb.
ENA.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 824 880 manat, qanuni təmsilçisi isə Novruzov Səməd İlyas oğludur.
Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Nizami, ev.118 m.22. ünvanıdır.