Gündəm

Türkiyədə minimum əməkhaqqı artırıldı

Türkiyədə minimum əməkhaqqı artırılıb.

ENA.az “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Onun sözlərinə görə, 2023-cü ildə ölkədə minimum əməkhaqqı 8506 lirə (774 manat) təşkil edəcək.

Qeyd edək ki, Türkiyədə minimum əməkhaqqı ən son cari ilin iyulun 1-də 5500 lirəyə (təqribən 501 manat) qədər artırılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)