Ali Məhkəmənin hakimi vəzifəsindən azad olunur
İsmayıl Kamil oğlu Xəlilov Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilir.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” məsələdə əksini tapıb.
Layihəyə əsasən, onun vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Ali Məhkəmə hakimi vəzifəsindən azad ediləcəyi bildirilir.
Eyni zamanda layihəyə görə, aşağıdakı apelyasiya instansiyası məhkəmələri hakimləri vəzifələrindən azad edilərək Ali Məhkəmənin hakimi təyin ediləcəklər:
– Xıdırov Əhliman Mehman oğlu – (Naxçıvan MR Ali Məhkəməsinin hakimi (Kommersiya Kollegiyasının sədri));
– Abdulov Rəşad Məhərrəm oğlu – Bakı Apellyasiya Məhkəməsinin hakimi;
– Babayev Zəki Baba oğlu – Bakı Apellyasiya Məhkəməsinin hakimi;
– Məmmədov Vidadi Məmməd oğlu – Bakı Apellyasiya Məhkəməsinin hakimi;
– Cəfərov Vidadi Cəfər oğlu – Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi (Cinayət Kollegiyasının sədri).
Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.