Sosial iqtisadiyyat

Gömrük veb-tranzit plarforması yaradır

Dövlət Gömrük Komitəsi tranzit keçidlə bağlı yeni layihə hazırlayıb.

Bu sözləri Dövlət Gömrük Komitəsinin katibliyinin rəisi Əsgər Məmmədov “Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda keçirilən müzakirədə deyib.

“Orta Dəhlizin inkişaf etdirilməsi, Azərbaycanın tranzit haba çevrilməsi ilə bağlı ölkənin tutduğu strategiyadan irəli gələrək veb-tranzit adlı platforma yaratmağı düşünürük. Yeni platforma nəticəsində tranzit yüklər gömrük buraxılış məntəqələrinə çatmamış mallar barədə məlumatlar sistemə ötürüləcək, yüklərin elektronlaşdırılmış risklə təhlili aparılacaq. Bu, nəqliyyatın yubanmadan sürətli keçidinə imkan verən, buraxılış məntəqələrində sıxlığın yaranmamasına xidmət edən bir layihədir”, - deyə Əsgər Məmmədov vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)