Aqrar

Azərbaycanın ərzaq məhsullarının alınmasına çəkdiyi xərc 23% artıb

Azərbaycan 2022-ci ilin yanvar-noyabr aylarında ərzaq məhsullarının idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,7% - $2 milyard 88 milyon 142,24 minədək artırıb. 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ərzaq məhsullarının idxalının strukturunda əsas həcm – 1 milyon 167 min 957,22 ton (artım 14,8%) buğdanın ($398 milyon 9,89 min), 61 min 391,04 ton (artım 2,7 dəfə) qarğıdalının ($20 milyon 774,67 min), 48 min 190,49 ton (artım 10%) düyünün ($40 milyon 709,26 min), 13 min 155,38 ton (artım 3,8%) çayın ($68 milyon 802,19 min), 342 min 69,18 ton (azalma 4%) meyvə-tərəvəz məhsullarının ($208 milyon 367,49 min), 38 min 348,14 ton (artım 5,6%) ətin ($72 milyon 201,9 min), 132 min 642,83 ton (azalma 2,5%) bitki və heyvan mənşəli yağların ($235 milyon 657,52 min) payına düşüb.

Azərbaycana $96 milyon 765,16 min dəyərində 16 min 755,46 ton kərə yağı (artım 24,3%) idxal edilib.

Hesabat dövründə Azərbaycana bütün idxalın 16,21%-i ərzaq məhsullarının payına düşüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)