Bahalaşma Azərbaycanda kredit kartlarına tələbatı yüksəldib: Master Card nəyə daha çox pul xərclədiyimizi açıqladı
Azərbaycanda 10 milyon əhaliyə 13 milyon bank kartı düşür. “Mastercard” beynəlxalq ödəniş sisteminin Azərbaycan və Türkiyə üzrə Baş Direktoru Avşar Gürdalın sözlərinə görə, hazırda Azərbaycanda ödəmələrin 60%-ini “e-ticarət” əməliyyatları təşkil edir. Cənab Gürdalın ENA.az-ın suallarına verdiyi açıqlamaları oxucularımıza təqdim edirik.
- “e-ticarət” əməliyyatlarının 60%-i daxili və xarici ticarəti əhatə edir və həcmi nə qədərdir?
– Azərbaycandan olan bütün xərcləmələrin 60%-i dedikdə həm daxili, həm də xarici ticarəti birlikdə nəzərdə tuturuq. Master pes proqramının Azərbaycanda yayılmasını hədəf qoyduq. Azərbaycanda 70 mindən çox posterminal var və onun sayının artmasının, hazırda 25% həcmində olan dicital ödəmələr payının artması gözlənilir. KOB-ların kart üzərindən ödəmələr aparması potensialı yüksəkdir. Bunun üçün telefon üzərindən ağıllı proqramların hazırlanmsı üzərində işlər davam edir. Azərbaycan əhalisi gəncdir, innovasiyalara adaptasiya sürətlidir. Azərbaycanda böyümə sürəti 35 faiz olaraq görünür.
- Azərbaycan bank sistemində təhlükəsizlik proqramları, standartlar fərqlidir. Bu əməliyyatlarda sizə hansısa çətinliklər yaradırmı?
- Təhlükəsizlik həmişə ilk sıradadır. Nyu data proqramlarını satın aldıq, üzvlərimizlə skorlamanı paylaşırıq. Təmassız ödəmələr və kənardan kart sahibi olmaq və xaricdə bank müştərisi olmaq kimi özəlliklər gəlir. Ödəmələr və maliyyə sinxronlaşması daha yaxındadır. Master Card olaraq, xaricdəki hesaba pul göndərməklə bağlı 4 bankla artıq razılaşma əldə etdiyinizi dediniz. Bunlar hansı banklardır? Azərbaycanda 4 bankla belə bir anlaşma əldə etdik. Muğanbank ilə işbirliyimiz artıq başlayıb. Yarım saat içində hesaba pul göndərə bilirlər.
- Nağdsız əməliyyatlarda əsas hansı məsələlər gündəmdədir?
- Nağdsız dövriyyə ilə bağlı ciddi artımın şahidiyik. Təbii ki, bu məsələyə Covid-in də təsiri oldu və dəyişmələr sürətləndi. Əvvəlcə təyyarə biletinin, sonra turizm xidmətlərinin, daha sonra marketlərdə alış-verişin kart üzərindən edilməsi təcrübəsi artdı. Pul nə vaxt çatacaq, nə qədər komissiya çıxacaq kimi problemlər qalır. Azərbaycan vətəndaşlarının istifadə etdiyi kredit kartı bazarında artımı görürük. Təbii ki, inflyasiyanın buna təsiri çox böyükdür.
- Prod əməliyyatlarla bağlı bank sistemində ciddi problemlər var və Master kart bununla bağlı üzv banklara dəstək verirmi? (prod – yəni yeni istifadəyə verilən məhsul, xidmət üzrə proqramlar zamanı hansısa texniki risklər, çatışmazlıqlar nəticəsində kart hesablarından vəsaitlərin oğurlanması və s. nəzərdə tutulur-red)
- Əslində bu mövzuda ən önəmli bir aşkar etmə alətimiz Safety net-dir. Safety Net Master cart şəbəkəsində çalışan bir həlldir. Bütün dünyadakı əməliyyatları eyni anda izlədiyi üçün Master kart mümkün bir hücumun gəldiyini əvvəlcədən sezə bilir. əslində bəlli bir bank və kart qrupuna olası bir kiber atak varsa, bunu aşkar edir, banklara xəbərdarlıq edib, onun qarşısını almağı təmin edir. Bu alət bir şəbəkənin təhlükəsizliyini qoruyan bünövrədir. Bununla da kifayətlənmirik və əməliyyatların aparılması zamanı risklərin nə ola biləcəyi ilə bağlı biliklərimizi banklarla paylaşırıq. Eyni zamanda, bəzi həllər imkan verir ki, elekton cihazın həqiqətən də sahibi tərəfindən istifadə edilib-edilmədiyini müəyyən edə bilirlər. Bu xidmətlərimizi də Azərbaycandakı bankların istifadəsinə vermişik.