“Baksol” yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Dekabrın 16-dan saat 10:00-dan 18 dekabr saat 22:00–dək Bakının Binəqədi rayonu “Baksol” yolunda avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, buna səbəb aparılan təmir işləridir.
Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edib.