“Baktelecom”a yeni direktor təyin olundu
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin (Baktelecom”) rəhbərliyinə yeni təyinat olub.
Şirkətin baş direktoru vəzifəsinin icrası Elçin Niyazova həvalə edilib.
1986-cı il təvəllüdlü E.Niyazov həm də “Azeronline” MMC-nin baş direktorudur.
“Baktelecom”un keçmiş baş direktoru Nail Mərdanov ötən həftə nazirlik yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin rəhbərliyinə gətirilib.